EvKriminalMağazaları qarət etdi, kamera görüntülərini də oğurladı

Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı

Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.

Araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı