Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

Yaxın vaxtlarda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər veriləcək.

Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə də bu il üzrə mənzil verilməsi prosesinə başlanılacaq.