İlon Mask da “WhatsApp”ın təhlükəsiz olmasına şübhə edir

ABŞ-li sahibkar İlon Mask “WhatsApp”ın təhlükəsiz olmadığını paylaşan “Telegram”ın qurucusu Pavel Durovu dəstəkləyib.

İş adamı Durovun paylaşımına “Düzdür” şərhini yazıb.

“2026-cı ildə “WhatsApp”ın təhlükəsiz olduğuna inanmaq üçün tamamilə axmaq olmaq lazımdır”, – deyə Durov paylaşımında bildirmişdi.

O qeyd etmişdi ki, komandası “WhatsApp”ın şifrələməsinin necə tətbiq olunduğunun təhlilini aparıb və çoxsaylı hücum vektorları aşkarlanıb.