Bu gün saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan etibarən isə Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.

