Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın əllərindən alınan övladları ailəyə qaytarılıblar.
Bu barədə G.Abdullayeva sosial şəbəkədə paylaşım edib.
“Şükürlər olsun ki, hər şey məhkəmədə sübut olundu, uşaqlarımızı geri aldıq”, – o qeyd edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Fransada baş verib. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.


