EvKriminalBakıda şəhid xanımı QƏTLƏ YETİRİLDİ

Bakıda şəhid xanımı QƏTLƏ YETİRİLDİ

Bakıda gəlinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi”ndə baş verib.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov birlikdə yaşadığı gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaq zərbələri ilə qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov saxlanılıb.

Məlumata görə, qətl hadisəsini törədən Adıgözəl Məmmədov Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, öldürülən gənc qadın isə şəhidin həyat yoldaşıdır.
//oxu.az

SON XƏBƏRLƏR
Mövzu üzrə