Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.
Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

