EvCəmiyyətParkinqdə drift edən şəxsləri polis saxladı

Parkinqdə drift edən şəxsləri polis saxladı

Nəsimi rayonunda icazəsiz avtomobil yürüşləri ilə bağlı tədbir görülüb.

Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

SON XƏBƏRLƏR
Mövzu üzrə