• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home İqtisadiyyat

Enerji içkiləri cibə də ziyan olacaq – BAHALAŞIR

by
Noyabr 23, 2018
in İqtisadiyyat
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək, bu isə onun satış qiymətini artıracaq.

Millət vəkili qadağalar təklif edir

Hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi enerji içkiləri satılır. Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1-4 manat arasında dəyişir. Aksiz ilə bağlı bahalaşma nəticəsində qiymətlərin 50 faiz artması ehtimalı var.

Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu içkilərə aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.

M.Quliyev hesab edir ki, ümumiyyətlə, bu məhsullar lisenziyalaşdırılmış mallar siyahısına daxil edilməlidir və onların reklamına qadağa qoyulmalıdır. Bundan başqa, məktəblərdə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına icazə verilməməlidir.

Dünyadakı “enerji içkisi bumu” ilə mübarizə

Ərzaq Məhsullarının Təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ilin fevral ayında enerji içkilərinin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son onillikdə bütün ölkələri bürüyən “enerji içkisi bumu”nun nəticələri üzərində aparılan araşdırmalar nəticəsinə görə, bu içkilərdən istifadənin çoxalmasının əhalinin, xüsusilə gənclərin sağlamlığına ciddi təhlükə yaradır.

İlk enerji içkisi 1960-cı ildə Yaponiyada buraxılıb, 1987-ci ildən isə Avropada populyarlaşıb, 10 ildən sonra isə ABŞ-da istehlak edilib.

Dünyadakı “enerji içkisi bumu” isə XXI əsrin başlanğıcına aiddir. 2006-cı ildə dünyada bu içkinin 500-dən çox yeni növü qeydə alınıb. ABŞ-da 2008-ci ildən 2013-cü ilədək enerji içkilərinin satışında 60 faiz artım olub və bu sahə üzrə dövriyyə 12,5 milyard dollar təşkil edib.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa Agentliyinin (European Food Safety Authority, EFSA) məlumatına görə, 2011-ci ildə Avropa İttifaqının 16 ölkəsində 18 yaşdan yuxarı insanların 30 faizi, 10-18 yaş arası yeniyetmələrin 68 faizi, 10 yaşlıların isə 18 faizi enerji içkilərindən daimi istifadə edənlər olub. Bu statistikada ölkə üzrə yeniyetmələrin 82 faizi, uşaqların 40 faizinin enerji içkilərindən istifadə sayına görə Çexiya ön sıralardadır.

ABŞ Pediatriya Akademiyası da bu içkilərin uşaq və gənclər tərəfindən istifadəsini pisləyir. Texas Universitetinin kardioloqu Con Xiqqins bildirib ki, hamilə qadınlar, 18 yaşadək olan gənclər, yüksək kofein həssaslığı olanlar, diqqətsizliklə mübarizə üçün müalicə alanlar enerji içkilərindən uzaq durmalıdırlar.

“İnsan orqanizminə zərərlidir” xəbərdarlığı

Bu gün Fransa, Tayvan, Danimarka, Türkiyə, Norveç, Uruqvay və İslandiyada, eləcə də, ABŞ-ın Vaşinqton, Yuta, Oklahoma və Miçiqan ştatlarında enerji içkiləri qadağan olunub. 2014-cü ildən Avropada hər litrinin tərkibində 150 milliqramdan artıq kofein olan enerji içkisinin üzərində “insan orqanizminə zərərlidir” xəbərdarlığının yazılması tələb olunur.

İsveçrədə 15 yaşdan kiçik uşaqlara bu içki satılmır. Kanadada enerji içkisi qabının üstündə içmək üçün gündəlik yol verilən həcm, eləcə də, alkoqolla qarışdırılmaması barədə xəbərdarlıq edilir. Macarıstanda isə enerji içkiləri 2012-ci ildən zərərli ərzaqlar siyahısına salınıb.

Əldə olunan məlumatlara görə, 18 yaşdan 29 yaşadək gənclərin 70 faizi enerji içkisini alkoqolla qarışdırıb qəbul edir. Alimlər xəbərdarlıq edirlər ki, bu kombinasiya sırf alkoqol içməkdən daha qorxuludur. Çünki enerji içkisinin təsiri beyini oyatmağa, spirtli içkinin isə yatırtmağa yönəlir. İnsanlar kofein sayəsində özünənəzarəti əldən verir, spirtli içkini adi haldan daha çox qəbul edirlər.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsinin məlumatına görə, ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin enerji içkisi ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb.

1 yanvar 2018-ci il tarixindən Rusiyada zəif alkoqollu enerji içkilərinin istehsal və satışına qadağa qoyulub. Bu qanunun tətbiqinə İrkutskda 2016-cı ilin dekabrında 78 nəfərin “Boyarışnik” içkisi ilə zəhərlənməsi zamanı dünyasını dəyişməsi səbəb olub.

Belə süni vasitələrlə adrenalin almaqdansa…

Həkim qastroenteroloq-hepatoloq Arzu Hüseynova xəbərdarlıq edir ki, xüsusilə ürək-damar, qan təzyiqi xəstələri bu içkidən tamamilə uzaq durmalıdırlar:

“İçkinin enerji verməsi ilə bağlı fikirlər tamamilə səhvdir. Bu içkilər orqanizmin daxili rezerv enerji qatının qapısı üçün açar rolunu oynayır, daxildəki enerjini sovurur, insan öz təbii enerji ehtiyatlarını istifadə edir. Daha doğrusu, öz enerjisini borc götürür. Borcu isə əvvəl-axır qaytarmaq lazımdır.

İçkinin ilkin təsirinin yerində yorğunluq, yuxusuzluq, əsəb və depressiya qalır. Enerji içkisinin tərkibindəki kofein stimulverici preparat kimi əsəb sistemini oyadır. Maddənin təsiri üç saatdan beş saatadək çəkir. Kofein həm də aludəlik yaradır. Tərkibində şəkər və kofein olan enerji içkisi gənc orqanizm üçün təhlükəsiz deyil.

Bir çox enerji içkilərinin tərkibində çoxlu miqdarda B vitamini olduğuna görə ürək döyüntüsünü artırır, əllərdə və ayaqlarda titrəmə kimi fəsadlar verir. Tərkibindəki qlyukironolakton maddəsi böyrəyi sıradan çıxarır, beyin şişi əmələ gətirir. Dozadan artıq qəbul edilən içki taxikardiya, psixi oyanma, nevroz, depressiv vəziyyət yaradır”.

Həkimin sözlərinə görə, bir neçə il əvvəl bir xəstə çox ağır vəziyyətdə ona müraciət edib. Sən demə, bir günlük aclıqdan və susuzluqdan sonra iftar zamanı iki qab energetik içki qəbul edibmiş. Xəstəxanaya daxil olanda gəncin qaraciyərində hüceyrə parçalanması prosesi başlayıbmış:

“Gənclərə məsləhətim budur ki, belə süni vasitələrlə adrenalin almaqdansa, təbii enerji mənbələrinə müraciət etsinlər. Təbii çərəz yesinlər, meyvə şirələri içsinlər. Birmənalı olaraq demək istəyirəm ki, enerji içkilərindən istifadə həyat tonusunu qaldırmır, əksinə, insan orqanizminin fizioloji prosesini dağıdır və onu neqativ təsirlərə məruz qoyur”.//oxu.az

Previous Post

Futbol qaydalarına dəyişikliklər edilə bilər – TƏKLİFLƏR

Next Post

BDU-nun tələbəsi itkin düşüb – FOTO

Next Post

Студентка БГУ пропала без вести - ФОТО

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026
Median.Az

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.