EvHadisəUcarda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ucarda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Median.Az xəbər verir ki, dekabrın 29-u səhər saat 7 radələrində Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində, Xaçmaz rayon sakini Füzuli Fətəliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Cəlal Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşına vurub.

Nəticədə “Opel”də olan sərnişinlər – Sürəyya Məmmədova və Vahid Seyidov hadisə yerində ölüblər, sürücü və daha 2 sərnişini Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə