Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Onun yaşadığı evdən əlavə olaraq 22 kq. 450 qram marixuana götürülüb.
Bundan əlavə, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan artıq heroin, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşları Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Ramazanovdan 480 qram marixuana, Quba RPŞ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Şəfiyevin üzərindən və Zizik kəndindəki evindən 442 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları şəhər sakinləri Kamran Məmmədovdan 430 qramdan artıq, əvvəllər məhkum olunmuş Sahib Mahmudovdan isə 425 qram marixuana götürüblər, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Məmmədovdan 385 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Leave a Reply