Qaradağda “Opel” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, yanvarın 17-i saat 19 radələrində Qobustan qəsəbəsində, qəsəbə sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə paytaxt sakini Şahin Əndəlifovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ RPİ-də faktla bağlı araşdırma aparılır.