Paytaxtda evlərdən oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də evdən qızıl-zinət əşyaları, 2000 manat və 1000 dollar oğurlayan Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 19-da evdən mebel, məişət və geyim əşyaları oğurlayan Bakı şəhər sakini Ramal Həsənov saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9- və 19-da 2 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Ağayev saxlanılıb.

Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də evdəki seyfdən 5700 dollar oğurlayan,
həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *