AzTV-nin əsas söz sahiblərindən biri işdən çıxarıldı – YENİ TƏYİNAT

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

Median.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib.

N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub.