Kafedə həmyerlisini öldürən Xaçmaz sakini 10 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Məlik Ağayevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində fəaliyyət göstərən kafedə, Məlik Ağayev münaqişə zəminində rayon sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Həmin gün Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən M.Ağayev saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.