Füzuli rayonunda qadını öldürən yeniyetmə saxlanılıb

Median.Az xəbər verir ki, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyiti Horadiz şəhərində, yaşadığı evdə aşkar edilib

Füzuli RPŞ və və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Horadiz şəhər sakini olan yeniyetmə saxlanılıb.

Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.