EvKriminalQuba sakinini döyüb, bıçaqlayan şəxs saxlanılıb

Quba sakinini döyüb, bıçaqlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, yanvarın 29-da Quba RPŞ-nə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı, cinayətin saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində X.Aydınov saxlanılıb.

Quba RPŞ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə