EvKriminalSulutəpədə paytaxt sakinini bıçaqlayıb, qaçan şəxslər tutulub

Sulutəpədə paytaxt sakinini bıçaqlayıb, qaçan şəxslər tutulub

Median.Az xəbər verir ki, yanvarın 28-i saat 23 radələrində Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini H.Ağayevə bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıblar.

Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş N.Müslümov və R.Bəşirov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə