Sumqayıtda maşın YDM-ə çırpıldı: 4 yaralı – VİDEO

Sumqayıt şəhərinin girəcəyində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində qəza baş verib.

Median.Az “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan 50-DC-079 dövlət qeydiyyat nişanlı “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.