Tanınmış teleaparıcıya AzTV-də vəzifə verildi

“Beşinci element” verilişindən tanıdığımız teleaparıcı Ranar Musayevə AzTV-də vəzifə verilib.

Bu barədə jurnalist Türkan Məmmədli AzTV-dəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə Ranar artıq dünəndən kollektivlə birlikdədir.

Qeyd edək ki, Ranar Musayev AzTV-nin bədii rəhbəri vəzifəsində Etibar Babayevi əvəz edib.