Bakı-Sumqayıt qatarı bir gün işləməyəcək

Bakı-Sumqayıt-Bakı istiqaməti üzrə hərəkət edən qatarların hərəkəti bir günlük dayandırılır.

Bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, fevralın 10-da bir günlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır.