Mikayıl Cabbarova xüsusi rütbə verildi

Azərbaycan Prezidenti İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova xüsusi rütbənin verilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.