DYP maşını qəza törətdi – VİDEO

Ağcabədidə Dövlət Yol Polisinin xidməti avtomobili qəzaya düşüb.

Bu barədə hadisə şahidləri məlumat verib. Bildirilir ki, 99 – YP – 630 nömrə nişanlı DYP avtomobili başqa bir maşınla toqquşub.

Hadisənin görüntüsü yaxınlıqdakı təhlükəsizlik kamerasına tuş gəlib.

Qəza zamanı DYP maşınına ciddi ziyan dəyib.

Qəzanın görüntüsünü təqdim edirik: