Balakəndə “UAZ” aşıb, sürücü ölüb

Median.Az xəbər verir ki, Tülü kəndi ərazisində, rayon sakini Eltun Hacıyev idarə etdiyi “UAZ-3303” markalı avtomobili yolun telefon dirəyinə vuraraq, aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan qardaşı Məftun Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Balakən RPŞ-də faktla bağlı araşdırma aparılır.