Sumqayıtda idmançıların arasında kütləvi dava olub, bıçaqlananlar var

Median.Az xəbər verir ki, şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında baş vermiş kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan, dərhal əməliyyat olunublar.

Qarşıdurmada xəsarət alan onlarla gənc Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Sumqayıt ŞPİ-də faktla bağlı ilkin araşdırma aparılır.