Sumqayıtda silsilə oğurluqlara görə 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, gözəllik salonundan 54 manat, evdən qızıl əşyalar və avtomobildən 35 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunan X.Məmmədli saxlanılıb.

Bundan başqa, 1-ci polis bölməsi əməkdaşalrının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın mobil telefonlarını oğurlayan şəhər sakini F.Rzayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.