Şüvəlanda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, fevralın 14-ü saat 21 radələrində Şüvəlan qəsəbəsində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Turan Haqverdiyeva vurulub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.