Qaradağda naməlum avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, fevralın 17-i saat 23 radələrində Qızıldaş qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini N.Şahverdiyeva vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.