Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalBinəqədi rayonunda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Binəqədi rayonunda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, fevralın 20-i saat 12 radələrində Azadlıq prospektində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ş.Əmrahova vurulub.

Nəticədə piyada xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisə yerindən yayınan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments