
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində, Gəncədə – “Yeni qəsəbə 2” adlı yaşayış məntəqəsində məskunlaşan, Xocalı rayonundan olan məcburi köçkünlər tibbi müayinələrdən keçirilib.
Məcburi köçkünlərin yaşadığı “Yeni qəsəbə-2” yaşayış məntəqəsində tibbi müayinələrin aparılması üçün Gəncənin xəstəxana və poliklinikalarından həkim briqadaları səfərbər edilib. Tibbi-profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə, elektrokardioqrafik və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib.
Qeyd edək ki, qəsəbədə 2500 nəfərdən çox sakin yaşayır. Onlardan 1148 nəfəri Xocalı rayonundan olan məcburi köçkünlərdir. Qəsəbə sakinlərinin 512 nəfəri uşaqlardır.
Leave a Reply