EvCəmiyyətVəfat edən icra başçısının 52 yaşı olub - DOSYE

Vəfat edən icra başçısının 52 yaşı olub – DOSYE

Xəbər verildiyi kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.

Oxu.az-ın məlumatına görə, R. İbrahimovun 52 yaşı olub.

Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək, “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb.

ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 18 may 2018-ci il tarixili sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü olub.

Ailəli olub, iki övladı var.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı