Metroda sıxlıq: qatarların intervalında gecikmə olub

“Bakı Metropoliteni”ndə qatarların intervalında gecikmə olub.

Bu barədə oxu.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, stansiyalarda sərnişin sıxlığı müşahidə edilir:

“Stansiyalarda həddən artıq sərnişin sıxlığı müşahidə olunduğu üçün qatarların intervalında gecikmə yaşanıb”.