“Sədərək”də yanğın – YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21-də söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

* * * * *

“Sədərək” Ticarət Mərkəzində yanğın təxminən 07:30 radələrində başlayıb.

Bunu oxu.az-a hadisə şahidlərindən biri deyib.

O bildirib ki, həmin anbarda, əsasən, boya məhsulları saxlanılıb:

“20-30 yanğınsöndürən maşın cəlb edilib. Anbarın, demək olar ki, hamısı yanıb. Əsasən, boyaların saxlandığı anbar olub. Təxminən hər mağazanın burada 300-400 minlik malı olub. Səhər elektrik verilişindən sonra yanğın başladı. Yanan anbarın uzunluğu 50, eni 20 metrdir”, – o bildirib.

* * * * *

Yanğın Sədərək Ticarət Mərkəzinin cərgələrindən kənarda yerləşən anbarda olub.

Bununla bağlı oxu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Cərgələrdən kənarda yerləşən anbarda yanğın olub. Əməkdaşlarımız tərəfindən yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur”, – məlumatda bildirilib.