Bakıda avtomobil qaçıran 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, DİN“102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil F.X.Xoski prospektində aşkar edilib və nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsinə müraciət edən paytaxt sakini E.Cəbrayılov fevralın 24-də Çiçək qəsəbəsindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sulutəpə qəsəbəsində hasara vurulmuş vəziyyətdə tapılıb, cinayəti törədən Bakı şəhər sakini K.Quliyev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.