Bakıda qadın keçmiş əri tərəfindən bıçaqlandı

Paytaxtın Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1978-ci il təvəllüdlü İsayeva Rəna İsmixan qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və qarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az