EvKriminalSumqayıtda oğurluq və dələduzluq edən 3 nəfər saxlanılıb

Sumqayıtda oğurluq və dələduzluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisindəki 3 evdən pul, gümüş və məişət əşyaları oğurlayan, habelə Ə.Paşayevə qarşı dələduzluq edən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Orucov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şəhər sakinləri R.Məmmədovun mobil telefonunu və E.Seyidovun 78 manat pulunu oğurlayan, habelə A.İbayevə və F.Əliyevə qarşı dələduzluq edən şəhər sakini H.Hacıyev saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 avtomobildən pul və geyim əşyaları, habelə şəhər sakini G.Cavadlının 55 manat pulunu oğurlayan şəhər sakini R.Rəhimov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı