• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Şənbə, May 9, 2026
  • Login
Median.Az
  • Ana səhifə
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
  • Ana səhifə
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

by
Mart 19, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bu gün ilaxır çərşənbə – torpaq çərşənbəsidir.

Sabah isə ölkədə Novruz Bayramı qeyd ediləcək. Bu bayramın gəlişi baharın gəlişi deməkdir. Novruzdan əvvəl isə bərəkətlilik simvolu sayılan dörd çərşənbə – Su, Od, Yel, və torpaq qeyd edilir.

Sonuncu çərşənbə xüsusilə fərqlənir. İnanclara görə, bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Median.Az oxu.az-a istinadən bildirir ki, folklorşünas alim Məhəmməd Məmmədov Torpaq çərşənbəsi barədə danışıb.

Onun sözlərinə görə, “Çərşənbə” sözü farsca hərfi mənada “çaharşənbə” yəni, “dörd şənbə” mənasını verir:

“Bu çərşənbədə evin damına buğda atır, un çuvalının ağzını açıq qoyarlar ki, həmin evin bərəkəti olsun. Torpaq çərşənbəsində insanlar bulaq başına gedir və suya salam verərək köhnə ilin çətinliklərini, ağırlıqlarını özlərindən uzaqlaşdırırlar. Bununla da Novruza xoşbəxt əhval-ruhiyyədə, kədərdən uzaq daxil olurlar.

Eyni zamanda, axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir kuzəyə qoyub damdan atarlar. Bunun mənası onunla izah edilir ki, kömür qara günün, duz şorgözlüyü, qara pul isə yoxluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda məqsəd qara gündən, acgözlükdən, şörgözlükdən qurtulmaq inamı ilə bağlıdır”.

Folklorşünas bildirib ki, ağacın dibinə xırda dəmir pullar da basdırılır:

“Bu da o deməkdir ki, ruzi bolluğu evi tərk etməsin. İlaxır çərşənbədə bir sıra ayinlər var. Onlardan biri də qulaq falıdır. Hava qaralandan insanlar niyyət tutaraq qonşu qapılarını pusmağa gedir. İçəridəki söz-söhbətə qulaq asırlar. İlk eşitdiyi sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzusu reallaşacaq. Gənc oğlanlar sevdikləri qızların evinin bacasından qurşağın ucundan bir şal sallayırlar. Qızın valideynləri bu işə razılıq varsa, dəsmalı qurşaqdan açır, qoluna bağlayardılar. Əgər razı deyilsə, həmin şalın içinə bayram nemətləri qoyub geri qaytarardılar”.

“İlaxır çərşənbə süfrəsində xonça düzəldilir. Bu yeddi növ nemət qoyulur. Xonçaya “yeddiləvin” və ya “yeddilöyün” deyilir. Bu nemətlər – üzərlik, çörək, duz, kömür, güzgü, su və yumurtadan ibarət olardı. Bunların hamısı insanın həyatı üçün xüsusi əhəmiyyət daşıyır. Adətə görə bu xonça bayramın 12 günü ərzində süfrədə qalması məqsədəuyğun sayılır. Azərbaycanın bir sıra bölgəsində ilaxır çərşənbəyə “yeddiləvin” bayramı deyilərdi. Eyni zamanda Urmiya və Təbrizdə bu günə kimi bu çərşənbə bu ad ilə tanınır”, – deyə Məhəmməd Məmmədov qeyd edib.

Folklorşünas “Bahar qızı” Novruzun simvolları sayılması məsələsinə də münasibət bildirib.

Onun sözlərinə görə, qədim mənbələrdə “Bahar qızı”nın Novruzun simvolu olması məsələsi yoxdur:

“1967-ci ildə Bakıda Novruz şənliklərinin keçirilməsinə icazə verilib, amma bir şərt qoyulub ki, bu bayram Bahar bayramı və “Bahar qızı” adlanan obrazı olsun. Həmin vaxtı bayrama hazırlıqla bağlı iclas keçirilib. Bir sıra alimlər, eyni zamanda xalq şairi Bəxtiyar Vahabzadə şənliyin proqramının rus dilində yazılmasına və “Bahar qızı” obrazının da olmasına etiraz ediblər.

Səbəb kimi bu obrazın daha sonra aradan götürə bilməyəcəyini qeyd ediblər. Moskvadan gələn göstəriş nəticəsində Novruz bayramının əsas simvolları sırasına “Bahar qızı” daxil edilib və uzun müddətdir ki, əsas simvollardan hesab olunur. Amma Novruz bayramının əsas simvolları təbii ki, Kosa, Keçəl, keçi, günəş səməni və digərləri hesab olunur”.

Previous Post

Nazarbayev Putinlə istefasını müzakirə edib

Next Post

Lənkəranda 31 yaşlı şəxs narkotikdən zəhərlənərək ölüb

Next Post

Lənkəranda 31 yaşlı şəxs narkotikdən zəhərlənərək ölüb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026

Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb – Video

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In