Bakıda sərnişinlə dolu avtobusun sürücüsü “protiv” sürdü – VİDEO

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud sürətdə pozaraq, sərnişinlərin həyatını təhlükəyə atmasının görüntüləri yayımlanıb.

Video sosial şəbəkədə paylaşılıb.

Görüntülərdən məlum olur ki, “99-JS-617” dövlət nömrə nişanlı avtobusu sürücüsü hərəkətin sıx olduğu ərazidə 1.1 xəttinin tələbini pozaraq, qarşı yola çıxıb.

Bundan başqa, sürücü yolayrıcında qoyulmuş “STOP” nişanının da tələblərinə riayət etməyib.

//oxu.az