Səbail rayonunda əcnəbinin evindən pul oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş, Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini K.Ağayev saxlanılıb.

Səbail RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.