Ana və övladları dəm qazından zəhərləndi

Bakıda ana və övladları dəm qazından zəhərlənib.

Hadisə Binəqədi şosesi, döngə 7 ünvanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə gecə saatlarında baş verib:

“28 yaşlı qadın dörd və altı yaşlı iki övladı ilə birgə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Göstərilən yardımdan sonra vəziyyətləri stabilləşib”.
//oxu.az