“Avtoş Cabiri” güllələyən şəxsin məhkəməsi başlayıb – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ehtiram Şərifov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az xəbər verir ki, ötən il noyabrın 17-də Xəzər rayonun Şüvəlan qəsəbəsində, Ehtiram Şərifov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək, hadisə yerini tərk edib. Nəticədə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan zərərçəkmiş orada ölüb.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Şərifov saxlanılıb, ondan müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb. Araşırma zamanı, mərhumun “Cabir-012” adı ilə tanınmış “avtoş” olması məlum olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Iş üzrə baxış aprelin 15-nə təyin edilib.



Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *