Xaçmaz sakini həmyerlisini qətlə yetirib

Median.Az xəbər verir ki, aprelin 6-ı saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən, şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəhər sakini Ə.Yaqubov saxlanılıb.

Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *