Ucarda torpaq uçqunu baş verib, xəsarət alanlar var

Ucar rayonunda torpaq uçqunu baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.