Gəncə-Daşkəsən yolunda piyadanı avtomobil vurub

Gəncə-Daşkəsən yolunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

Hadisənin dəqiq baş vermə səbəbləri və piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.