Göyçayda it qapan kişi öldü

Göyçay rayon sakini sahibsiz it hücumuna məruz qalıb.

Oxu.az-ın bölgə müxbirinin məlumatına görə, Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlunu it qapıb.

Q.Qoşqar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona ilkin quduzluq diaqnozu qoyulub. Həkimlərin yardımına baxmayaraq, Q.Quliyev dünyasını dəyişib.