Həbs edilən Assancı hansı cəza gözləyir? – ABŞ açıqladı

Culian Assancı 5 ilədək həbs gözləyir.

Median.Az Teleqarf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, C.Assanc kompüterlərə müdaxilə etməkdə və onları sıradan çıxarmaqda ittiham edilir. “Bu ittihamla onu maksimun 5 ilədək həbs gözləyir”, – deyə məlumatda qeyd olunur.

O da qeyd olunur ki, C.Assanc Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniyaya arasında olan ekstradisiya sazişinə uyğun olaraq tutulub.