İsmayıllıya dolu yağıb – FOTO

İsmayıllı rayonuna güclü dolu düşüb. Yağan dolu bir sıra fəsadlarla yadda qalıb.

Median.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, təxminən fındıq boyda olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıl sahələrinə ziyan vurub.

Yerli sakinlərin sözlərinə görə, dolu yağışı saat 11:00 radələrində başlayıb və təxminən 10 dəqiqə davam edib. Güclü küləklə müşayiət olunan dolunun ardınca leysan xarakterli güclü yağış yağıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *