Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü – YENİLƏNİB

Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə oxu.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.

Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.

* * * * *

Ağdamda ana körpə qızını qətlə yetirib.

ONA-nın xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərrüatı araşdırılır.