EvKriminalBakıda avtomobillərdən oğurluq edən Qazax sakinləri tutulub

Bakıda avtomobillərdən oğurluq edən Qazax sakinləri tutulub

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən məişət və geyim əşyaları oğurlayan maqda şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılıb.

Bundan başqa, 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Təhməzovun “TOFAŞ” markalı avtomobilindən qol saatı və sənəd oğurlayan Qazax rayon sakini olan yeniyetmə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə