“Niyə bu müğənnilər məndən örnək götürmədi?” – Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova qalmaqal edən müğənnilərə səslənib.

Median.Az axşam.az-a istinadən bildirir ki, ifaçı “ATV maqazin onlarla”ya açıqlamasında hər kəsə özünü misal çəkib. O, xalq artisti İlhamə Quliyeva tərəfindən dəfələrlə təhqir edilsə də, ona cavab vermədiyinin səbəbini açıqlayıb:

“Mərhum İlhamə Quliyeva nə qədər məni təhqir edir, söz atırdı. Onu o qədər sevirdim… Bir dəfə ona cavab verməmişəm. Maqazinçilər nə qədər sual verib, cavab istəyirdi… İnsanlar örnək götürməli, baxıb öyrənməlidirlər. Bunlar cavab qaytarmamağı öyrənmədilər? Bu gün bir-iki nəfərin arxası var, buna güvənib böyüklərə cavab qaytarır. Axı təhqir edilənlər bizim musiqini dünyaya tanıdanlardır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *